Arye Qut: Şuşaya səfərim zamanı mən erməni barbarlığının və vandalizminin, ekosid və şovinizminin nəticələrini gördüm

Cəmiyyət 15:31 08.07.2022
Bu günlərdə 400 nəfərdən çox diplomat, dünya liderləri, Nobel mükafatı laureatları və digər şəxslər Bakı Qlobal Forumunda "Qlobal dünya nizamına təhdidlər" mövzusunda müzakirələr aparmaq üçün bir araya gəliblər.
 
Ednews xəbər verir ki, bu barədə Kanada-İsrail media platforması Thej.ca-ya müsahibəsində Bakı Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin və “İsraildəki Azərbaycan Evi”nin icraçı direktoru, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut məlumat verib.
 
İsrailli ekspertin də vurğuladığı kimi, Bakı Qlobal Forumunda Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, Azərbaycan hazırda  Cənubi Qafqazda sabit, davamlı inkişaf istəyirik.
 
“ Bu unikal imkandır. Cənubi Qafqaz regiondakı üç ölkənin müstəqillik əldə etdiyi illərdə dağıldı. Otuz il ərzində də erməni işğalı nəticəsində yerlə yeksan edilib. Deməli, indi sülhü bərqərar etmək, Ermənistanla əməkdaşlıq etməyin vaxtıdır. Azərbaycan tərəfi də bu istiqamətdə çalışır. Ermənistanla münasibətlərin normallaşdırılması prosesinə gəlincə, biz bunu təklif etmişik, sülh sazişi üzərində işə başlamaq bizim təklifimiz idi. Ermənistan isə buna cavab verməyib”.
Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan beynəlxalq hüququn beş əsas prinsipini, o cümlədən qarşılıqlı hörmət və hər iki ölkənin ərazi bütövlüyünün tanınmasını, indi və gələcəkdə hər hansı ərazi iddialarından qarşılıqlı imtinanı və digər prinsipləri irəli sürüb.
 
“Bunlar təklifimizin əsas hissəsini təşkil edən prinsiplərdir. Biz Ermənistan hökumətinin bu beş prinsipi qəbul etməsinə məmnun olduq. Bu müsbət tendensiyadır, lakin indi biz praktiki addımlar atmalıyıq. Çünki biz danışıqlar apardığımız işğal dövrü tarixindən bilirik ki, hətta bəzən Ermənistanın yüksək vəzifəli rəsmilərinin belə dediyi sözlər əhəmiyyət daşımır. Çünki bizə real addımların atılması lazımdır”, - deyə Azərbaycan Prezidenti qeyd edib”.
Dövlət başçısı həmçinin qeyd edib:
 
“Azərbaycan da öz növbəsində artıq sülh sazişi üzrə komissiya yaradıb və biz Ermənistandan da bunu gözləyirik. Bu olan kimi, yaxud bu həyata keçirilərsə, danışıqlara başlanılacaq. Biz həmçinin sərhədimizin delimitasiyası prosesinə başlamaq üçün təklif irəli sürmüşük. Çünki sərhədimizin böyük hissəsi işğal altında idi və heç bir delimitasiya aparılmayıb. Ona görə də bu proses də başlayıb və ötən ay sərhəddə Azərbaycan və Ermənistan sərhəd komissiyalarının ilk birgə iclası keçirilib”.
 
İlham Əliyev sülh jesti olaraq Ermənistanı Zəngəzur dəhlizini açmağa çağırıb:
 
 “Biz Ermənistandan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqəsi üçün kommunikasiyaların açılması ilə bağlı 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatı yerinə yetirməsini gözləyirik. Təəssüf ki, Ermənistanın təslim aktını imzalamasından bir il yarımdan çox vaxt keçsə də, hələ ki, bu yerinə yetirilməyib. Bu isə qəbuledilməzdir. Birincisi, bu, Ermənistan tərəfindən üçtərəfli bəyanatın müddəalarının pozulmasıdır və eyni zamanda regiondakı balansı pozur, çünki eyni bəyanat əsasında Azərbaycan Ermənistandan Azərbaycanın erməni əhalisinin yaşadığı Qarabağ bölgəsinə maneəsiz çıxışı təmin etməyi öhdəsinə götürüb. Beləliklə, ilyarımdır ki, ermənilər bu maneəsiz əlaqə üçün Laçın yolundan istifadə edirlər, azərbaycanlılar isə bizi Naxçıvanla birləşdirmək üçün Ermənistan-Zəngəzur dəhlizindən keçən yoldan istifadə edə bilmirlər”.
 
Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, “Buna görə də Zəngəzur dəhlizinin açılması ilə bağlı ən qısa zamanda qərar verilməsi Cənubi Qafqaz regionunda gələcək sülhün fundamental elementlərindən biridir. Əgər bizə bu imkan verilməsə, onda sülhdən danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla normal birgəyaşayış və normal qonşuluğa yönəlmiş bütün səyləri iflasa uğrayacaq. Bu məsələ yenə vacibliyini qoruyur. Azərbaycanın bunu tələb etmək hüququ var”.
 
Qlobal Bakı Forumunun fəal iştirakçısı İsrailli siyasi şərhçi və ictimai xadim, professor Arye Qut bildirib:
 
 “Qlobal Bakı Forumu çərçivəsində mən Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhərində oldum. 30 il əvvəl erməni qoşunları Şuşanı işğal edib. Şuşa şəhərinin və Şuşa rayonunun 30 kəndinin işğalı nəticəsində 195 dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb. Şuşanın 24 mindən çox sakini etnik təmizləməyə məruz qalıb. Qeyd edək ki, Azərbaycanın qəhrəmanı yəhudi Albert Aqarunov Şuşanın müdafiəsi zamanı erməni snayperləri tərəfindən öldürülüb.
 
23 yaşında dünyasını dəyişən Albert qısa, lakin şərəfli ömür sürüb. Azərbaycanda onu sevirlər və hörmət edirlər. O, əsl qəhrəmandır, xalqımızın şücaət nümunəsidir. Azərbaycanlılar onun xatirəsini daim ehtiramla yad edəcəklər. Cəsur tankçı zabit Albert Aqarunov, dostlarının dediyinə görə, öz ölkəsinə sadiq olub və Azərbaycanın ərazi bütövlüyünü müdafiə edərkən həlak olub”.
 
İsraildəki Azərbaycan Evinin icraçı direktoru Arye Qutun sözlərinə görə, “böyük Qarabağın gözəlliyinə heyran olduq və fəxarət hissi keçirdik, eyni zamanda ermənilərin törətdiyi dəhşətli əməllərin və Şuşaya gedən yolda faşist dağıntılarının şahidi olduq. Çox maraqlı bir səfər idi. Biz 30 illik erməni işğalı zamanı Azərbaycan xalqının çəkdiyi əzabların dəhşətli sübutlarını gördük. Bu kütləvi dağıntılar və yağmalanma barbarlıq və vandalizmin, ekosid və şovinizmin, misantropiyanın və Ermənistan siyasi rejiminin 30 illik işğal zamanı həyata keçirdiyi “alovlanan müharibə” strategiyasının nəticəsidir”.
 
İsrail-Azərbaycan Diaspor Təşkilatının rəhbəri Arye Qutun sözlərinə görə, “30 ilə yaxındır ki, Azərbaycanın bu qızıl incisi vəhşi erməni işğalının əlindədir. Üzeyir Hacıbəyli, Bülbül, Rəşid Behbudov, Natəvan, Vaqif, Xan Şuşinski, Bədəlbəyli, Qaryağdı, Niyazi kimi Azərbaycan incəsənətinin, mədəniyyətinin, musiqisinin ən parlaq nümayəndələrinin Şuşada doğulmasından həmişə fəxr edən azərbaycanlılar üçün bu bağlantı çox önəmlidir. Uzun illər ərzində Şuşa tənha, kimsəsiz olub, işgəncəyə və zorakılığa məruz qalıb. Şuşa Azərbaycan musiqisinin “Bayatı-Şiraz” aurası ilə ovsunlanan o gözəl havası, köhnə vaxtları üçün şübhəsiz darıxmışdı.
 
“Bütün bu işğal illərində Şuşa demək olar ki, öz ana dilində söz eşitməyib”, - professor Qut vurğulayıb. - Heyrətamiz gözəlliyə malik olan Şuşa ətrafdakı hər şeyin necə məhv edilməsinə şahid oldu, lakin insanlar onun parlaq keçmişini unutmadılar. Şəhərdə itkilərinin güclü və təsvirolunmaz, doğma sakinlərinin qəlbinə toxunan ağrısı və nostalji hiss olunurdu.
 
Qut daha sonra vurğuladı: “Sovet dövründə Şuşa kurort şəhər idi. - Şuşanın döyüş meydanından turizm məkanına çevrilməsi Azərbaycanın öz əraziləri üzərində daimi nəzarəti gücləndirməsi üçün mühüm strateji planının tərkib hissəsidir. Rəsmi Bakı iki il əvvəl İkinci Qarabağ müharibəsi zamanı azərbaycanlı əsgər və zabitlərin şücaəti və qəhrəmanlığı sayəsində tarixi Azərbaycan əraziləri Qarabağı geri qaytardı.
 
Qarabağ və onun ətrafındakı yeddi rayon - hamısı beynəlxalq aləmdə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınıb - 1990-cı illərin əvvəllərində Birinci Qarabağ Müharibəsindən bəri işğalçı Ermənistanın nəzarəti altında olub.
Azərbaycan indi azad etdiyi əraziləri öz elektrik və yol şəbəkəsinə birləşdirərək, yenidən inteqrasiya etməyə çalışır”.
 
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, birinci müharibə zamanı Qarabağdan didərgin düşmüş 750 min azərbaycanlının bir qismi gələn il öz doğma yurdlarına qayıda biləcək. Şuşa sakinlərinin köçürülməsi bir az daha uzun çəkə bilər. Prezidentin Şuşadakı nümayəndəsi bildirib ki, geri qayıdan sakinləri qəbul etmək üçün yaşayış binalarının hazır olması il yarım çəkə bilər, lakin gələn ildən turistlərin gəlməsi gözlənilir.
 
“Hazırkı planımız elektrik enerjisi kimi infrastrukturu bərpa etməkdir, lakin biz Şuşa əhalisinə imkanlar yaratmaq baxımından onu daha da inkişaf etdirmək haqqında düşünürük. Məktəb və xəstəxananın yaradılmasını prioritet hesab edirik”. “Turizmin inkişafı region üçün iqtisadi təkan rolunu oynayacaq”.
 
Şuşa Qarabağdır, Qarabağ Azərbaycandır!
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:41 18.05.2024
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
11:21 18.05.2024
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
11:11 18.05.2024
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
11:04 18.05.2024
Ramil İsgəndərli: "Müharibənin mənfi nəticələrinin aradan qalxmasında QHT-lərin çox böyük rolu oldu" - VIDEO
11:00 18.05.2024
ABŞ-dan Kiyevə QADAĞA
ABŞ-dan Kiyevə QADAĞA
10:52 18.05.2024
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
10:41 18.05.2024
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
10:30 18.05.2024
Mədəniyyət ocağının acınacaqlı vəziyyətə düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
10:30 18.05.2024
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
10:15 18.05.2024
Kirayə qaldığı evi satan kirayəçini neçə il həbs gözləyir? - Ekspertlərin RƏYİNDƏ
10:00 18.05.2024
Hamısı