Zakir Həsənov Xocavənddə hərbi hospitalın açılışında iştirak etdi - VİDEO - FOTOLAR - ednews.net

7 Avqust,

(+994 50) 229-39-11

Zakir Həsənov Xocavənddə hərbi hospitalın açılışında iştirak etdi - VİDEO - FOTOLAR

Cəmiyyət A- A A+
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Xocavənd rayonu ərazisində yeni istifadəyə verilmiş hərbi hospitalın açılışında olub.
 
Ednews xəbər verir ki, bu barədə informasiyanı Müdafiə Nazirliyinin Mətbuat Xidməti yayıb.
 
Mənbə yazır ki, nazirə 250 çarpayılıq hərbi hospitalın 4 hektara yaxın ərazini əhatə etdiyi bildirilib.
 
Qeyd olunub ki, burada qərargah, birmərtəbəli patoloji anatomiya, daimi oksigen təminatı üçün oksigen və transformator binaları tikilib, eləcə də su, ərzaq və əşya anbarları, əsgər yeməkxanası, hamam-camaşırxana-qazanxana kompleksi, avtopark, nəzarət buraxılış məntəqəsi inşa edilib. Ərazidə yaşıllaşdırma işləri aparılıb, abadlıq işləri görülüb, asfalt örtüyü salınıb.
 
Hərbi hospitalda  üçmərtəbəli müalicə diaqnostika korpusunun da inşa edildiyi diqqətə çatdırılıb.
 
Korpusda qan bankı, laboratoriyalar, müalicə palataları, əməliyyat otaqları, altı nəfərlik reanimasiya palatası, cərrahiyyə və əməliyyat blokları, tibbi ləvazimatlar anbarı, qəbul bölməsi, xəstələr üçün qida qəbulu zalları, aptek, stomatologiya, oftalmologiya, yuma-dezinfeksiya, LOR, terapiya, rentgen və kompüter tomoqrafiyası, endoskopiya, dermatologiya bölmə və kabinetləri yaradılıb.
 
Bildirilib ki, dünyanın inkişaf etmiş ölkələrində istehsal edilən, müasir avadanlıqlarla təchiz olunmuş palatalarda hərbi qulluqçulara yüksək səviyyədə tibbi xidmət göstərilməsi, eləcə də onların müalicəsi üçün hər cür şərait mövcuddur.
 
 
Hospital bioloji təmizləmə qurğusu, cərrahiyyə əməliyyatlarının fasiləsiz təminatı üçün UPS sistemi, ehtiyat generator qurğusu, su, istilik və digər kommunikasiya sistemləri ilə təmin olunub.
 
Həmçinin təxirəsalınmaz tibbi yardım göstərilməsi məqsədilə təxliyə üçün hospitalın ərazisində helikopter meydançası salınıb.
 
Hərbi hospitalda yaradılan şəraitlə tanış olduqdan sonra müdafiə naziri burada müalicə alan hərbi qulluqçular və tibbi personalla görüşərək onları müqəddəs Qurban bayramı münasibətilə təbrik edib. Hospitalın şəxsi heyəti üçün qurbanlıqlar kəsilib və bayram sovqatları təqdim olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...