Ucarda maşın arxa aşdı - Xəsarət alanlar var - ednews.net

15 Avqust, Bazar ertəsi

(+994 50) 229-39-11

Ucarda maşın arxa aşdı - Xəsarət alanlar var

Cəmiyyət A- A A+
Ucarda 3 nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Ednews xəbər verir ki. hadisə bu gün Bakı-Qazax əsas magistralının Ucar rayonunun Qaracallı kəndindən keçən hissəsində qeydə alınıb.
 
Bakı şəhər sakini, 1951-ci il təvəllüdlü Rza Ələkbər oğlu Ələkbərovun idarə etdiyi "Toyota Prado" markalı minik maşını yoldan çıxıb və su arxına aşıb.
 
APA.az-ın məlumatına görə, nəticədə Bakı şəhər sakinləri, 1957-ci il təvəllüdlü Salatın Yaqub qızı Qurbanova, nəvələri - 2010-cu il təvəllüdlü Ayan Tural qızı Ələkbərli və 2014-cü il təvəllüdlü Mədinə Tural qızı Ələkbərli aldıqları müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
 
Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...