Yeni bitki genomları hazırlanacaq - ednews.net

9 Avqust, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Yeni bitki genomları hazırlanacaq

Cəmiyyət A- A A+
Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində hüceyrə kulturası və genom redaktəsi elmi-tədqiqat laboratoriyası yaradılıb.  
 
Bu barədə Ednews-a BDU-dan məlumat verilib. 
 
Bitkilərin dəyişkən və əlverişsiz şəraitlərə (abiotik və biotik) uyğunlaşdırılması üçün klassik selektiv metodlardan istifadə edilməsi ölkənin ixrac potensialını azaldır, daxili qida ehtiyaclarının qarşılanmasını çətinləşdirir.  
 
Bu da nəticə etibarilə seleksiya istiqamətində aparılan tədqiqatların aktuallığını azaldır. Bu problemlərin həlli istiqamətində qısamüddətli intensiv seleksiya texnologiyalarının tətbiq edilməsinə ehtiyac duyulur.  
 
Hazırda mövcud olan intensiv seleksiya texnologiyaları içərisində CRISPR-Cas9, TALENs technology və RNAi daha geniş tətbiq edilir.  
 
Qeyd etmək lazımdır ki, göstərilən texnologiyalar əsasında ölkəmizdə seleksiya məhsullarının alınması həyata keçirilməsinə baxmayaraq, bu metodların elmi tədqiqatlara inteqrasiyasına – kənd təsərrüfatında müasir molekulyar bioloji metodların tədqiqi və tətbiqi ilə yeni genotiplərin yaradılması istiqamətində laboratoriya infrastrukturunun təkmilləşdirilməsinə ehtiyac var.  
 
Yeni laboratoriyanın yaradılması müasir texnologiyalar vasitəsilə orqanizmdə yeni əlamətlərin saxlanılması (genom redaktə ilə), yüksək məhsuldarlıq, molekulyar metodlarla iqlim dəyişkənliyinə dözümlülük, stress faktorlarına davamlılıq kimi əlamətləri daşıyan bitki genomlarının hazırlanmasına imkan verəcək.  
 
Həmçinin, bitkiçilikdə müasir biotexnoloji tətbiqlərin transferinə, qida təhlükəsizliyini təmin etmək məqsədilə yeni biotexnoloji metodların inkişaf etdirilməsinə və əmək bazarının tələblərinə uyğun olaraq biotexnologiya sahəsində ixtisaslı mütəxəssislərin hazırlanmasına da imkan verəcək.  
 
ETL-in yaradılmasında Kənd Təsərrüfatı Nazirliyi, USAID, FAO, İsrailin “Volcani Center” Aqrar Tədqiqatlar Mərkəzi və Yerusəlim Yəhudi Universitetinin iştirak etməsi BDU-nun təhsil-elm-istehsalat istiqamətində əlaqələrinin genişlənməsinə və elmi ideyaların kommersiyalaşdırılmasına imkan verəcək. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...