"Biz gələcəkdə Zəngəzur dəhlizi ilə elektrik ixracını təşkil edə bilərik" İlham Əliyev

Cəmiyyət 20:35 15.07.2022

“Bir neçə kəlmə energetika sektoru ilə bağlı demək istərdim. Çünki bizim üçün bu, həmişə prioritet olub. Amma bu gün bizim enerji imkanımız bir çox ölkələr üçün də böyük önəm daşıyır. Bu sahədə də biz işimizi planlı şəkildə aparırıq. Əlbəttə, uzun illər ərzində böyük hazırlıq işləri gedib ki, bərpaolunan enerji növləri Azərbaycanda inkişaf etsin, ilk növbədə, xarici investorlar hesabına və nəhayət, buna nail ola bilmişik”.

Ednews xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında deyib.

Dövlət başçısı bildirib ki, xarici investorlar öz vəsaiti hesabına Azərbaycanda 710 meqavat gücündə üç Günəş və külək elektrik stansiyasının tikintisi ilə məşğuldur: “İkisi artıq inşa edilir, birinin də - Cəbrayıl rayonundakı stansiyanın inşası üçün hazırlıq işləri gedir. Yəqin ki, gələn il o inşaat da başlayacaq. Bu, ancaq başlanğıcdır. Bizim artıq xarici investorlarla əldə etdiyimiz razılaşmalara görə, əlavə iki min meqavat və ondan da əlavə iki min meqavat Günəş və külək elektrik stansiyalarının inşası nəzərdə tutulur. Üstəgəl, Kəlbəcər və Laçın rayonlarında su elektrik stansiyalarının istehsal gücü yenidən dəyərləndirilir. Çünki biz müharibədən sonra ancaq ermənilərin dağıtdıqları su elektrik stansiyalarının istehsal gücünü hesablamışdıq. Orada 32 su elektrik stansiyası var idi ki, ermənilər Kəlbəcər, Laçından gedəndə onları vəhşilər kimi dağıtdılar. Biz onları hesablayaraq müəyyən rəqəm səsləndirmişdik”.

Prezidentin sözlərinə görə, indi daha dərin təhlil aparılır: “Çünki orada daha böyük həcmdə su elektrik stansiyalarının inşası mümkündür. İndi təhlil hazırlanır, yəqin ki, biz orada perspektivdə ancaq kiçik su elektrik stansiyalarından mindən çox meqavat götürə bilərik. Artıq bir il yarım ərzində 9 su elektrik stansiyasının inşası ya başa çatıb, ya da ki, bu ilin sonuna qədər başa çatacaq. Bu da əlavə, bizə 50 meqavat verəcək. Yəni, bu sahə bizdə İkinci Qarabağ müharibəsinə qədər prioritet sahə idi. Ancaq bu gün bu, artıq yeni pilləyə qalxır. Yenə də demək istəyirəm ki, bərpaolunan enerji növlərinin istehsalına, - su elektrik stansiyalarından başqa, - dövlət bir manat da pul qoymur, ancaq xarici investisiyalar qoyulur. Əlbəttə, bu, bizə imkan verəcək ki, biz elektrik enerjisini daha böyük həcmlə ixrac edək. İndi biz ənənəvi yolla - mövcud olan yüksək gərginlik xətlərlə ixrac edirik. Amma biz gələcəkdə Zəngəzur dəhlizi ilə elektrik ixracını təşkil edə bilərik və Avropa tərəfindən yeni layihə təqdim edildi. Qara dənizin altından Gürcüstandan Rumıniyaya qədər kabelin çəkilişi layihəsi də var və biz bu layihəyə də maraq göstəririk. Yəni, bu sahədə çox böyük perspektivlər var. Eyni zamanda, bu, bizə imkan verəcək ki, təbii qaza qənaət edək və qənaət edilmiş təbii qazı ixrac edək, xüsusilə nəzərə alsaq ki, bizim qazımıza tələbat indi kəskin artıb. Bunun səbəbi də bəllidir və biz əlbəttə ki, bu istiqamətdə işləyirik”.

Prezident İlham Əliyev perspektivli yataqlardan çıxarılacaq qazın həm daxili tələbatı ödəmək üçün, eyni zamanda, ixrac üçün də nəzərdə tutulduğunu diqqətə çatdırıb: “Hələ ki, bizim ixrac resurs bazamız “Şahdəniz” yatağıdır. Amma yaxın gələcəkdə “Abşeron”, “Şəfəq”, “Asiman”, “Ümid-Babək” və “Azəri-Çıraq-Günəşli”nin dərin qaz adlandırılan yataqlarından qaz hasilatı gözlənilir. Yəni, çox böyük resursdur və bütün sadaladığım layihələr üzrə fəal işlər gedir. Bu, sadəcə olaraq, kəşfiyyat layihələri deyil, fəal işlər gedir. Ayın 18-də Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində memorandumun imzalanması nəzərdə tutulur. Yəni, bu da bizim Avropa və digər ölkələrin enerji təhlükəsizliyinə verdiyimiz töhfədir”.

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:41 18.05.2024
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
11:21 18.05.2024
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
11:11 18.05.2024
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
11:04 18.05.2024
Hamısı