Rövşən Rzayev: "Bayram əhval-ruhiyyəsilə Böyük qayıdışın ilk addımını atırıq" - ednews.net

8 Avqust, Bazar ertəsi

(+994 50) 229-39-11

Rövşən Rzayev: "Bayram əhval-ruhiyyəsilə Böyük qayıdışın ilk addımını atırıq"

Cəmiyyət A- A A+
"Uzun illərdən sonra Prezident İlham Əliyevin qətiyyətli mövqeyi nəticəsində torpaqlarımız işğaldan azad olunub. Bu gün bayram əhval-ruhiyyəsi ilə Böyük qayıdışın ilk addımını atırıq".
 
Ednews xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.
 
"Biz hamımız sevincliyik. Ağalıya ilk köçən insanlara təşəkkür edirəm. Zəngilanda müasir bir kənd salınıb. Azərbaycanda ilk dəfə "ağıllı kənd" konsepsiyası həyata keçirilib, orada müasir şərait yaradılıb. İşğaldan azad olunan ərazilərin hər yerində irimiqyaslı işlər davam etdirilir", - deyə komitə sədri qeyd edib.
 
Onun sözlərinə görə, məcburi köçkünlər hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunub: "Bu gün qəbullar zamanı eşidəndə ki, dövlət onlara kifayət qədər dəstək olub, insan sevinir ki, bu cür Vətəni, vətəndaşları, lideri var. Gələcəkdə bərpa olunacaq şəhər və kəndlərdə biz firəvan şəkildə yaşayacağıq. Bu gün 10 ailə Ağalıya köçəcək, onlar öz kəndlərini əlləri, canları, ürəkləri ilə yenidən bərpa edəcəklər. Bu işdə bütün Azərbaycan xalqı bir yerdə olacaq".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...