Özünü prokuror kimi təqdim edən şəxsin ibtidai istintaqı yekunlaşdı - ednews.net

19 Avqust, Cümə

(+994 50) 229-39-11

Özünü prokuror kimi təqdim edən şəxsin ibtidai istintaqı yekunlaşdı

Cəmiyyət A- A A+
Özünü prokuror kimi təqdim etməkdə təqsiləndirilən Süphan Tağıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
 
Ednews xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 
İş hakim Faiq Mahmudovun icraatına verilib.
 
Məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki, məlum deyil.
 
Qeyd edək ki, əməliyyat-axtarış tədbirləri nəticəsində şəxsiyyəti müəyyənləşdirilən Süphan Tağıyevin Sumqayıt şəhər Təhsil İdarəsinə özünü Anar adlı prokurorluq əməkdaşı kimi təqdim edib. Baş Prokurorluğun mətbuat xidmətinin guya yeni yaradılacaq bölmələrinə ixtisasca müəllim olan namizədlər barəsində məlumatların verilməsini tələb edərək namizədliyi irəli sürülmüş vətəndaşın sözügedən işlə təmin olunacağı barədə verdiyi yalan vəd müqabilində 2021-ci il fevralın 2-də sonuncunun 2 min 500 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr yaranıb.
 
S.Tağıyevə qarşı Cinayət Məcəlləsinin 312.2-ci (Rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə ittiham irəli sürülüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...