"Nərimanov Tibb Mərkəzində vətəndaşa göndərişlərin verilməsi qaydasında sığorta vəsiqəsi anlayışı yoxdur, tək şəxsiyyət vəsiqəsi yetərlidir".
Ednews xəbər verir ki, bunu Nərimanov Tibb Mərkəzinin direktoru Dr. Fazil Alməmmədov TƏBİB-in təşkilatçılığı ilə Yeni Klinika tibb müəssisəsində Milli Mətbuat gününə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.
"Vətəndaşın qeydiyyatda olduğu yerdən göndərişə ehtiyac yoxdur, istənilən şəxs istənilən tibb müəssisəsinə müraciət edə bilər. Yalnız stasionar xəstələr göndərişlə gələ bilər. Lakin Nərimanov Tibb Müəssisəsində bu yoxdur, müayinələrdən keçdikdən sonra arayışla stasionara yatırılır. Şuşada da modul tipli xəstəxanamız fəaliyyət göstərir. Modul tipli olduğu üçün bəzən vətəndaşı Füzulidəki müəssisəyə göndəririk, ehtiyac olduqda Bakıya yönləndirilir".
Gülnar Səlimova