Bakı şəhər Xətai rayon Polad Həşimov küçəsi ərazisində iki gündür içməli su gəlmir.
Həmin ərazidə yaşayan sakinlərin sözlərinə görə "Azərsu ASC" ilə əlaqə saxlasalar da aidiyyatı qurumdan içməli suyun nə zaman veriləcəyi ilə bağlı dəqiq məlumat verilməyib.
Məsələ ilə bağlı "Azərsu ASC"-nin mətbuat katibi Anar Cəbrayıllı Ednews-a açıqlaması zamanı bildirib ki, bu gün axşam saatlarında problem aradan qalxacaq və sakinlərin içməli su problemi həll ediləcək.
“Bakı şəhərini içməli su ilə təmin edən magistral kəmərlərdən birində baş vermiş qəza ilə əlaqədar Xətayi, Suraxanı, Sabunçu rayonlarının müəyyən hissələrinə içməli suyun verilməsində problem yaranıb. Artıq dünən axşam qəzanın fəsadları aradan qaldırılıb. Xəttə suyun verilməsi və rejimlərin bərpa olunması istiqamətində işlər davam etdirilir. Bu gün axşam saatlarında problem aradan qalxacaq və içməli su sakinlərin yenidən istifadəsinə veriləcək”.
Ləman Abbaslı