Azərbaycanda “Abşeron vadisi” yaradılacaq - ednews.net

15 Avqust, Bazar ertəsi

(+994 50) 229-39-11

Azərbaycanda “Abşeron vadisi” yaradılacaq

Cəmiyyət A- A A+

Azərbaycanda “Abşeron vadisi” innovasiya klasteri yaradılacaq. 

Ednews xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb. 

İnnovasiya gündəliyi formalaşdırılacaq və dövlət tərəfindən təşviq ediləcəkdir. İqtisadiyyatın prioritet sahələrində innovasiyalar tətbiq ediləcəkdir.
Nəticədə, “Abşeron vadisi” çərçivəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin sayı ilbəil artacaqdır. 

Startapların bütün inkişaf mərhələləri üzrə maliyyələşmə mexanizmləri formalaşdırılacaqdır. Startaplar və investorlar üçün məqsədli fiskal imtiyazlar sistemi hazırlanacaqdır. Zəruri sayda istedad ehtiyatı təmin ediləcəkdir. Nəticədə, startapların sayı ilbəil artacaq. 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...