Goranboy rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Ednews xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan minik avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində, 1990-cı il təvəllüdlü N.Nəbiyev, 1969-cu il təvəllüdlü M.Əsədova və 1964-cü il təvəllüdlü K.Qarçıyeva xəsarət alıblar.
Onlar xəstəxanaya aparılıblar, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.