Balakən rayonunda 28 yaşlı şəxsin qulağı kəsilib.
Ednews xəbər verir ki, hadisə ötən gecə rayon ərazisində qeydə alınıb.
Report.az-ın məlumatına görə, Balakən şəhər sakini, 1994-cü il təvəllüdlü Samiddin Quliyev naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.
Daha sonra o, belin kəsilmiş-deşilmiş və qulağın kəsilmiş yaraları xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisəni törədən şəxs və yaxud şəxslərin müəyyən olunaraq saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilir.