Biləcəri qəsəbəsindəki evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş İ.Süleymanov saxlanılıb.
Ednews xəbər verir ki, bu barədə informasiyanı DİN-in Mətbuat Xidməti yayıb.
Mənbə qeyd edir ki, o, Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ələ keçirilib.