Abşeronda ana və uşaq bədbəxt hadisə nəticəsində həlak olublar.
Ednews xəbər verir ki, hadisə Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binalarından birində baş verib.
Belə ki, binanın beşinci mərtəbəsində yaşayan uşaq pəncərədən düşüb. Ana onu tutmaq üçün özünü atsa da, hər ikisi dünyasını dəyişib. Oxu.az-ın məlumatına görə, ailə bir neçə gün əvvəl həmin evə kirayə köçübmüş.
Faktla bağlı araşdırma aparılır.