Bu gün “Taxıl dəhlizi sazişi” çərçivəsində qurulan Birgə Koordinasiya Mərkəzinin açılışı baş tutacaq.
Ednews xəbər verir ki, İstanbulda Milli Müdafiə Universitetində yerləşəcək mərkəzin açılış mərasimində Türkiyə Müdafiə naziri Hulusi Akar da iştirak edəcək.
Qeyd edək ki, Türkiyənin üzərinə götürdüyü vasitəçiliyi Birləşmiş Millətlər Təşkilatının (BMT) planı ilə Ukrayna və Rusiya taxılının Qara dəniz vasitəsilə dünya bazarlarına daşınması üçün sənəd imzalanıb.