Azərbaycan dövləti son illərdə təhsilin maliyyələşməsini artırıb.
Ednews xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Azərbaycanda tələbələrin 60 faizə qədəri dövlət hesabına təhsil alır.
“Təhsilə investisiya gələcəyə investisiyadır və dövlət buna böyük diqqət ayırır”, - deyə o, qeyd edib.