Beyləqan rayonunda metal qəbulu məntəqəsində partlayış olub.
Ednews qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Birinci Şahsevən kəndində 1979-cu il təvəllüdlü Fəxrəddin Quliyev məntəqəyə qəbul edilmiş qaz balonunu qaynaq aparatı ilə kəsərkən partlayış baş verib.
O, ağır bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.