Bakıda sentyabrın 7-dən 11-dək V “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçiriləcək.
Ednews xəbər verir ki, festivalın seçim komissiyası müsabiqə proqramına daxil edilmiş filmlərin siyahısını elan edib. Siyahı festivalın rəsmi saytında dərc olunub.
Bütün seçilmiş filmlərə beynəlxalq və uşaq münsiflər heyəti baxacaq, qaliblər festivalın açılış və bağlanış mərasimlərində elan olunacaq.