Azərbaycan Mərkəzi Bankı (AMB) Milli Reytinq Agentliyinin yaradılması imkanlarını nəzərdən keçirir və bu istiqamətdə beynəlxalq təcrübə araşdırılır.
Ednews xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazimov iyulun 29-da faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.