Goranboy rayonunda Goran qəsəbəsi yaxınlığında “Mercedes” markalı minik avtomobili kiçik tutumlu “Qazel” yük maşını ilə toqquşub. Qəza zamanı 3 nəfər yaralanıb, iki nəfər, təxminən 21-25 yaşlı gənc oğlanlar isə aldığı xəsarətlərdən dünyasını dəyişib.
Ednews bizim.media-ya istinadən xəbər verir ki, ölən iki şəxsdən birinin kimliyi məlum olub.
O, Qasımov Tamerlan Xaliq oğludur.
1988-ci il təvəllüdlü M.Rəhimov, 2001-ci il təvəllüdlü E.Qocayev isə yaralanıb. 2002-ci il təvəllüdlü X.Babayevə də ilkin tibbi yardım göstərib.