"Dələduzluğun yenə də mənbəyi elan saytlarıdır. Amma metod bu dəfə fərqlidir”.
Ednews xəbər verir ki, bu barədə İT eksperti Fərid Pərdəşünas şəxsi facebook səhifəsində paylaşım edib.
“Mənə yazan zərərçəkənlər, 2500, 5000 AZN itiriblər. Satışa qoyulan əşyalara xarici nömrələrdən alış üçün mesajlar gəlir. Lakin bu dəfə dələduzlar ənənəvi olaraq kart məlumatı istəmirlər. Satışa qoyduğunuz məhsulu almaq üçün sizdən şəxsiyyət vəsiqənizi istəyirlər ki, guya real adam olduğunuzu yoxlasınlar. Siz onlara vəsiqənizin şəklini göndərəndə, FİN kodunuz vasitəsilə bir-bir mobil bankların tətbiqlərində şifrə bərba əməliyyatları edib, müştərisi olduğunuz bankı tapırlar".
Ekspert qeyd edib ki, bu dələduzlar daha sonra manipulyasiya üsulu ilə ödəmə etmək üçün nömrəyə gələn kodu istəyirlər.
"Zərərçəkmişlər heç bir bank məlumatı vermədiyini düşünərək, rahatlıqla həmin kodu qarşı tərəfə deyirlər. Beləcə, bank tətbiqi dələduzun əlinə keçir və dələduz hesablarınızın hamısına giriş edərək "card to card" əməliyyatlara başlayır”.
Bəs qorunma üsulları nədir?
“1.Şəxsiyyət Vəsiqənizi qəti şəkildə tanımadığınız adamlarla bölüşməyin. 2.mərhələli təsdiq kodlarını heç kimə göndərməyin”.
Ləman Abbaslı