İndoneziya gəncliyi Azərbaycan hökumətinə öz dəstəyini bildirdi

Cəmiyyət 17:08 01.08.2022
İndoneziya Gənclər Şurası və İƏT İndoneziya Gənclər Təşkilatının təşkilatçılığı, İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin (İƏGF-ARM) dəstəyi, eləcə də İndoneziya Respublikasının Xalq Məşvərətçi Assambleyası tərəfdaşlığı ilə 30-31 iyul tarixlərində İndoneziyanın qanunverici orqanının (Majelis Permusyawaratan Rakyat Republik Indonesia) binasında İƏT-in İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitənin (COMCEC) sessiyasını simulyasiya edən İƏT Modeli konfransı keçirilib.  
 
Ednews xəbər verir ki, konfrans iki aya yaxın davam edən İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyasının yekunu olaraq baş tutub.
 
İndoneziyanın aparıcı universitetlərindən 50-dən çox tələbənin qatıldığı simulyasiya oyunları “İqtisadi Canlanma: Covid-19 pandemiyasının nəticələri” mövzusu üzrə ətrafında keçirilib.
 
2022-ci ilin noyabrında Bali adasında keçiriləcək və “Birgə bərpa, daha güclü bərpa” mövzusunun əsas olacağı “Böyük iyirmiliyin” növbəti sammitinə ev sahibliyi edəcək İndoneziyanın bir sıra aparıcı nazirlik və dövlət qurumlarının nümayəndələri İƏT Modeli simulyasiya oyunlarının açılış və bağlanış mərasimində iştirak ediblər.
 
Tədbirin açılış mərasimində çıxış edən İƏGF-ARM-nin Baş direktor vəzifələrini icra edən Vüsal Qurbanov təmsil etdiyi qurumun təşəbbüsü ilə artıq 2011-ci ildən bu yana həm milli, həm də beynəlxalq səviyyədə keçirilən İƏT Modeli tədbirlərinin əhəmiyyətindən danışaraq, bu proqramın İƏT məkanında gənclərin liderlik qabiliyyətinin güclənməsində oynadığı rolu xüsusi vurğulayıb, o cümlədən, müsəlman gənclər arasında birliyə, diplomatik bacarıqların artmasına yönələn bu kimi tədbirləri gələcəkdə də dəstəklənməsinin vacibliyini qeyd edib.
 
Açılış mərasimində o cümlədən, İndoneziya Xalq Məşvərət Assambleyasının spiker müavini Hidayət Nur Vahid, Parlamentlərarası Əməkdaşlıq Komitəsinin sədr müavini Mərdani Əli Sera, İndoneziyanın Turizm və Kreativ İqtisadiyyat naziri Sandiaqa Səlahuddin Uno, İndoneziyanın Kooperativlər Kiçik və Orta Müəssisələr üzrə nazirinin baş müşaviri Rulli Nuryanto, İndoneziya Milli Polisinin nümayəndəsi Mayndra Eka Vardhana, İndoneziya İnsan İnkişafı və Mədəniyyət nazirliyində müavin köməkçisi doktor Katiman, İndoneziya Gənc 20-liyin həmsədri Budi Suqandi, İƏT Modeli layihəsinin layihə koordinatoru Ellena Panqestu Kavarera, İƏT İndoneziya Gənclər Təşkilatının sədri Astrid Nadya Rizqita, İndoneziya Gənclər Şurasının sədri və İƏGF-nin Avrasiya üzrə vitse-prezidenti Tantan Taufiq Lubis,  İndoneziya Xarici İşlər Nazirliyində Sosial Mədəniyyət və İnkişaf etməkdə olan Ölkələr üzrə Beynəlxalq Təşkilatın direktoru Penni Devi Herasati, İndoneziya İnsan İnkişafı və Mədəniyyət nazirliyinin əməkdaşı Maman Vicaya təbrik nitqləri ilə çıxış edərək təbdir iştirakçılarına uğurlar arzu ediblər. İƏT İndoneziya Gənclər Təşkilatının sədri Astrid Nadya Rizqita öz çıxışında İndoneziya dövlət rəsmilərinə, səfirlərə, eləcə də İƏGF-ARM-ə bu tədbirə göstərdiyi dəstəyə görə xüsusi təşəkkürünü bildirib. 
 
İndoneziya İƏT Modeli-2022-nin bağlanış mərasimində çıxış edən İndoneziya Gənclər və İdman Nazirliyinin əməkdaşları Esa Sukmavicaya və professor Faisal Abdullah, İndoneziya Müdafiə Universitetində Texnologiya fakültəsinin dekanı Pujo Vidodo, İndoneziya Xarici İşlər Nazirliyində Sosial Mədəniyyət və İnkişaf etməkdə olan Ölkələr üzrə Beynəlxalq Təşkilatın koordinatoru Ari Aprianto, Pakistanın, Nigeriyanın və Mərakeşin İndoneziyadakı səfirləri Məhəmməd Həssən, Usman Ari Ogah və Ouadia Benabdellah, çıxış edərək tədbirin uğurla bitdiyinə öz ümidlərini ifadə ediblər, o cümlədən, bu proqramın bütün İƏT məkanını əhatə etməsinin vacibliyini xüsusi vurğulayıblar.
 
Tədbirin yekun sənədi olaraq qəbul olunan qətnamədə İƏT üzv ölkələrinə, beynəlxalq inkişaf agentliklərinə və beynəlxalq maliyyə institutlarına azad olunmuş Qarabağa investisiya yatırmağa çağırış edilib, o cümlədən, erməni işğalı nəticəsində dağıdılmış ərazilərin bərpası işində Azərbaycan hökumətinə dəstək ifadə olunub. 
 
Qeyd etmək lazımdır ki, İndoneziyanın Gənclər və İdman Nazirliyi bu proqrama öz dəstəyini göstərib.
 
 
İƏT Modeli – Beynəlxalq Münasibətlər akademiyası proqramının əsas məqsədləri İƏT məkanında gənclərin beynəlxalq əməkdaşlığının güclənməsinə dəstək vermək, gənclərin və gənclər təşkilatları rəhbərlərinin və üzvlərinin diplomatiya, idarəetmə, kommunikasiya sahəsində yeni bilik və təcrübə əldə etməsinə yardım etməkdir.
 
Bu il ərzində proqram Tatarıstan Respublikası, Pakistan, eləcə də Mərkəzi Asiyanın bir sıra ölkələrində uğurla həyata keçirilib.
 
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
22:00 09.05.2024
Qahirədə atəşkəs görüşü - İsrail şərtini təqdim etdi
21:47 09.05.2024
Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub
21:35 09.05.2024
Yasamalda yol qəzası olub, tıxac yaranıb
21:20 09.05.2024
Babək rayonunda fərdi yaşayış evində yanğın olub
21:07 09.05.2024
Ermənistan müxalifəti parlamentdə Paşinyanın impiçmentinə başlayır
21:00 09.05.2024
Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb
20:55 09.05.2024
Ukraynada səfərbərlik və hərbi vəziyyətin müddəti uzadıldı
20:45 09.05.2024
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
20:30 09.05.2024
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
20:12 09.05.2024
Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar CƏZALANDIRILDI
19:57 09.05.2024
Elektromobil böhranı davam edir -SƏBƏB
Elektromobil böhranı davam edir -SƏBƏB
19:43 09.05.2024
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
19:22 09.05.2024
Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRDƏ - VİDEO
18:40 09.05.2024
Azərbaycanda hərbi təlimlər keçiriləcək
Azərbaycanda hərbi təlimlər keçiriləcək
18:30 09.05.2024
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
18:20 09.05.2024
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
17:55 09.05.2024
Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
14:56 09.05.2024
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
14:44 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:40 09.05.2024
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
14:27 09.05.2024
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
14:20 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:18 09.05.2024
Türkiyənin Müdafiə Nazirliyi: Azərbaycan və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçirəcəyik
14:00 09.05.2024
Hamısı