“Biz işə başlamışıq, texnika işləyir, yol çəkilir və gələn ilin yazına kimi tamamlanacaq. Biz işi üç mərhələyə ayırmışıq və fəal şəkildə qururuq”.
Ednews xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan hökumətin bu gün keçirilən iclasından əvvəl Laçın şəhərindən yan keçən alternativ yolun Ermənistana düşən hissəsinin tikintisi ilə bağlı sualı cavablandırarkən bildirib.
Xatırladaq ki, bundan əvvəl Ermənistan Zəngəzur (Sünik) vilayətinin Tex və Kornidzor yaşayış məntəqələrindən keçən M2 avtomobil yolunun tikintisini təsdiqləyib.
Laçın dəhlizindən yan keçən yeni M2 avtomobil yolu Xankəndini Ermənistanla birləşdirəcək, Laçın şəhəri və Zabux kəndindən keçən mövcud yolu əvəz edəcək.