Bakı-Ələt-Qazax magistralındakı qəzada xəsarət alan şəxsin SON VƏZİYYƏTİ - YENİLƏNİB - ednews.net

27 Sentyabr, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Bakı-Ələt-Qazax magistralındakı qəzada xəsarət alan şəxsin SON VƏZİYYƏTİ - YENİLƏNİB

Cəmiyyət A- A A+

Bakı-Ələt-Qazax magistralında baş verən ağır yol qəzası nəticəsində xəsarət alan 1988-ci il təvəllüdlü Elvin Mürşüdov təcili tibbi yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib.

 

Bu barədə Ednews-a KTM-in İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu məlumat verib.

 

Onun sözlərinə görə, xəsərət alan şəxsin vəziyyəti çox ağırdır: “Elvin Mürşüdov ağır kəllə-beyin travması diaqnozu ilə mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti kəskin ağırdır, əməliyyata götürülmə ehtimalı yüksəkdir”.

 

*12:02

Bu gün saat 08:20-də Bakı-Ələt-Qazax magistralında (yanacaqdoldurma məntəqəsinin yaxınlığında) 164 nömrəli marşrut üzrə (99-XZ-173 DQN-li) avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi olub.

Bu barədə Ednews Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Daşıyıcı “BMH” MMC-dən verilən məlumata görə, qəza minik maşınının yanacaqdoldurma məntəqəsindən əsas yola çıxan zaman avtobusu gözləməməsi səbəbindən baş verib.

Hadisə zamanı avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayıb.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...