Oğuz rayonunda qardaşını qətlə yetirməkdə ittiham olunan 1973-cü il təvəllüdlü Namiq Şirinovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Ednews xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib və araşdırılması üçün hakim Nahid Mirzəyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası sentyabrın 6-na təyin olunub.
İttihama görə, hadisə bu ilin aprelin 2-də baş verib. Belə ki, həmin gün saat 19 radələrində Oğuz rayon sakini, 1976-cı il təvəllüdlü Aqil Şirinov qardaşı Namiq Şirinovla yaşadığı evin həyətində şəxsi münasibətlər zəminində mübahisə ediblər. Mübahisə zamanı Namiq Aqilə bıçaqla xəsarət yetirib. Aqil aldığı xəsarətdən vəfat edib. İstintaq orqanı tərəfindən Namiqin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Qeyd edək ki, qətlə yetirilən Aqil Şirinov “Azərişığ”ın rayon şöbəsinin əməkdaşı olub. Onların atası Qurban Şirinov da uzun müddət rayonda işıq idarəsinə rəhbərlik edib.