Bu şəxslərin elektron reyestri yaradılacaq - RƏSMİ - ednews.net

5 Oktyabr, Çərşənbə

(+994 50) 229-39-11

Bu şəxslərin elektron reyestri yaradılacaq - RƏSMİ

Cəmiyyət A- A A+
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarları ilə “Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması Qaydası” və “Müharibə veteranlarının reyestrinin aparılması Qaydası” təsdiq edilib. Qərarlar Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli Fərmanlarının icrasının təmin edilməsi məqsədilə qəbul edilib. Yeni qaydalara əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində müharibə veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrləri elektron formada aparılacaq.
 
Nazirlikdən Ednews-a verilən xəbərə görə, reyestrin əsas təyinatı şəhidlər, şəhid ailəsi üzvləri, müharibə əlilləri və veteranları barədə vahid informasiya bazasının yaradılması, onlarla əlaqədar müvafiq məlumatların toplanılması, işlənməsi, saxlanılması və axtarışının avtomatlaşdırılmasıdır.
 
Şəhidlər, şəhid ailə üzvləri, müharibə əlilləri və veteranlarının elektron qaydada vahid informasiya bazasının yaradılması gələcəkdə müvafiq kateqoriyalardan olan şəxslərin dövlət orqanlarına müraciətləri zamanı statuslarının real vaxt rejimində operativ müəyyənləşdirilməsinə şərait yaradacaq, sosial təminat hüquqlarına çevik və proaktiv qaydada baxılmasına imkan verəcək.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...