Azyaşlı uşaqların spirtli içki qəbul etməsi barədə videogörüntü yayılıb.
Bununla bağlı məlumatı “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə şəxsi facebook hesabında bildirib.
Ednews-a açıqlaması zamanı birlik sədri qeyd edib ki, məsələ ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib.
“Videogörüntünü şəxsən mənə göndəriblər. Mən də öz növbəmdə materialı hüquq mühafizə orqanlarına yolladım. Hazırda məsələ ilə bağlı araşdırma gedir. Hər hansısa dəyişiklik olarsa, facebook hesabımda bununla bağlı məlumat verəcəm”.
Qeyd edək ki, videoda görüntüləri olan uşaqların təxmini 5-7 yaşları var.
Sözügedən videonu təqdim edirik:
Ləman Abbaslı