Daha 700 şəxsə birdəfəlik ödəmə təyin edildi - ednews.net

29 Sentyabr, Cümə axşamı

(+994 50) 229-39-11

Daha 700 şəxsə birdəfəlik ödəmə təyin edildi

Cəmiyyət A- A A+
Prezident İlham Əliyevin Birinci Qarabağ müharibəsi əlillərinə qayğısının növbəti təzahürü olan birdəfəlik ödəmələrin verilməsi proqramı uğurla icra olunur. 
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Ednews-a verilən xəbərə görə, məlumatları e-sistemlərdə olan daha 700 Birinci Qarabağ müharibəsi əlilinə proaktiv qaydada birdəfəlik ödəmə təyin olunub.
 
Vəsait onların bank hesablarına köçürülüb və bu barədə SMS göndərilib. 
 
Qeyd edək ki, e-sistemlərdə, habelə müvafiq arxivlərdə 1997-ci ilin 2 avqust tarixinədək hərbi xidmət zamanı aldığı xəsarətlə bağlı məlumat olmadığı üçün birdəfəlik ödəmə təyin edilməmiş şəxslər, habelə birdəfəlik ödəməni almaq hüququ olan şəxs vəfat etdiyi hallarda onların vərəsələri birdəfəlik ödəməni almaq üçün müvafiq sənədləri linkdə qeyd edilən qaydada təqdim etməlidirlər. 
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...