Ağdam xəstəxanasında baş verən kütləvi zəhərlənmə kimin məsuliyyətindədir? İTTİHAMLAR VƏ SƏBƏBLƏR – Qurumdan AÇIQLAMA

Cəmiyyət 17:50 09.08.2022

Xəbər verdiyimiz kimi bu gün Ağdam Rayon Mərkəzi Xəstəxanasında dezinfeksiya işləri aparılan zaman tibb işçiləri arasında kütləvi zəhərlənmə baş verib. Hazırda klinikanın 12 işçi hazırda xəstəxanada müalicə olunur. 

Sözügedən təmizlik vasitələrinin, xlorlu məhsulların, eləcə də ağardıcı və yuyucu tozların orqanizmimizə təsiri hansı formada olur? Zəhərlənmənin baş vermə ehtimalı necədir?

Toksikoloq Azər Maqsudovun sözlərinə görə, burada diqqət edilməli bir neçə məqam var.

“Zəhərlənmə, sanitar epidemoloji rejimin pozulması ya da dezinfeksiya zamanı tibbi ləvazimatlardan düzgün istifadə edilmədikdə baş verir. İstifadə olunan xlor tərkibli dezinfeksiya məhsulları zəhərlənməyə daha çox səbəb olur. Ümumiyyətlə dezinfeksiya olunan zaman ərazidə heç kim olmamalıdır, ya da iş zamanından bir neçə saat əvvəl bu proses həyata keçməlidir”.

Bəs xlorlu maddələrdən zəhərlənmə hansı formada reaksiya verir? İlkin tədbirlər nədir? Azər Maqsudov bu məqama da toxunub.

“Bu insan bədəninin həssaslığından asılı olaraq dəyişir. Əsasən allergik reaksiya verir. Əvvəl qaşınma, gözlərin sulanması, ağız boşluğundan seliyin gəlməsi kimi hallar yaşanır. Vəziyyət kəskinləşmədən həmin şəxsi dərhal oradan uzaqlaşdırmaq lazımdır. Belə hallarda qatıq, ayran və su qəbul etmək mənasızdır, bu ancaq vaxt itkisidir. Hətta bu əks təsir belə göstərə bilər”. 

Məsələ ilə bağlı Ednews-a açıqlamasında TƏBİB-in mətbuat katibi Zamirə Ədilova bildirib ki, Ağdam Rayon Mərkəzi Xəstəxanasında dezinfeksiya işlərini müəyyən qurum həyata keçirib. 

“Ümumiyyətlə bütün dezinfeksiya işləri Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən həyata keçirilir. Hər zamanki kimi Ağdam rayon xəstəxanasında aparılan prosesdə oranın heç bir personalı iştirak etməyib. Orada da dezinfeksiya işlərini adı çəkilən qurumun işçi personalı həyata keçirib”. 

Onu da qeyd edək ki, iddialara görə zəhərlənməyə Respublika Gigiyeniya və Epidemilogiya mərkəzinin dezinfeksiya personalının məsuliyyətsizliyi səbəb olub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Elvin Hacıyevsə bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır. 

“Hazırda prokurorluq araşdırma aparır. Hüquq mühafizə orqanları nəticəni ictimaiyyətə açıqlayacaq”.

Xatırladaq ki, zəhərlənənlərin müalicəsi davam etdirilir.

Ləman Abbaslı

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı