Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Azərbaycandakı QHT-lərin BMT və digər mötəbər təşkilatlarda təmsil olunma məsələsindən danışıb.
Ednews xəbər verir ki, o, bu barədə AXC TV-nin “Azad meydan” verilişində çıxış edib. Fondun rəhbəri bildirib ki, hər il BMT-nin Baş Assambleyasında üzvlüklə bağlı məsələlər müzakirə olunur və hər dörd ildən bir üzv olan QHT-lərin hesabatları dinlənilir.
Söhbət zamanı BAMF-ın 30 illik fəaliyyəti dövründə U.Mirzəyev bir çox mötəbər təşkilatların rəsmiləri ilə görüşlər keçirdiyini də diqqətə çatdırıb.
“2014-cü ildə BMT-nin Baş Qərargahında İqtisadi-Sosial Şuranın (ECOSOC) QHT-lər üzrə bölməsinin rəhbəri Andrey Abramovla mühüm görüş olub. Daha sonra BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai ilə, həmçinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə müzakirələr aparıb, birgə tədbirlər keçirmişik. Sonuncu belə tədbir QHT-lərin üzvlük məsələləri və prosedur qaydalarına həsr olunub”.
O, rəhbərlik etdiyi təşkilatın 2014-cü ildə BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) ən yüksək statusunu əldə etdiyini qeyd edərək bunun beynəlxalq cameəyə inteqrasiya olunmaq, təcrübə əldə etmək və BMT-nin baş ofislərində mütəmadi tədbirlərdə iştirak etmək və görüşlər keçirmək imkanı qazandırdığını vurğulayıb.
Daha ətraflı videoda: