"Artilleriya atəşinin ustaları" müsabiqəsində sınaq atışları icra edildi - ednews.net

25 Sentyabr,

(+994 50) 229-39-11

"Artilleriya atəşinin ustaları" müsabiqəsində sınaq atışları icra edildi

Cəmiyyət A- A A+
"Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində keçiriləcək "Artilleriya atəşinin ustaları" müsabiqəsinin iştirakçıları mərhələlərə hazırlıq məşqlərini davam etdirirlər. 
 
Bu barədə Ednews-a Müdafiə Nazirliyindən məlumat verilib. 
 
Artilleriyaçılarımız təqdim edilən silahlara texniki baxış keçirib, mərhələlərin şərtləri və atış nöqtələrinin texniki imkanları, eləcə də təhlükəsizlik qaydaları ilə tanış olublar. 
 
Hazırlıq prosesini yekunlaşdıran komandamız atıcı silahlardan, qumbaraatanlardan və minaatanlardan sınaq atışlarını yerinə yetiriblər. 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...