“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2 807 nömrəli Bakı-Moskva (Vnukovo aeroportu) reysini yerinə yetirən təyyarəsinə heyət üzvləri və mühəndis-texniki heyəti tərəfindən baxış keçirilib.
AZAL-dan Ednews-a verilən xəbərə görə, təyyarənin tam saz vəziyyətdə olduğu və sensorların nasazlığını düzgün əks etdirməyən xəbərdarlıq siqnalı verdiyi üzə çıxıb.
Reysin sərnişinləri Bakıdan Moskvaya eyni təyyarə ilə yola düşəcəklər.
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2 807 nömrəli Bakı-Moskva (Vnukovo aeroportu) reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.
Ednews xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti məlumat yayıb.
Təyyarə saat 08:08-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib. Sərnişinlər digər təyyarə ilə Moskvaya yola düşəcəklər.