Qəbələ rayonunda meşə ərazisində yanğın başlayıb.
Ednews-un məlumatına görə, rayonun Tıkanlı kəndinə yaxın ərazidə yerləşən meşə massivi yanır.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və meşə təsərrüfatı işçiləri cəlb olunub.