I Qarabağ savaşında Vətən uğrunda həlak olan Füzuli şəhidlərinin anım günü keçirilib

Cəmiyyət 17:03 15.08.2022
I Qarabağ savaşında Azərbaycanın ən dilbər guşələrindən biri olan Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəmanların  həlak olmasından 30 il ötür. Hadisənin 30 illiyi ilə bağlı böyük tədbir keçirilib.
 
1992-ci il 15 avqustda Füzuli rayonunun şimal və cənub istiqamətləri olmaqla iki taborun hərbçiləri döyüş əməliyyatlarını uğurla yerinə yetirərkən qəhrəmancasına şəhid olublar.
 
Şəhid hərbçilərimizə həsr olunan tədbirdə dövlətimizin istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman döyüşçülərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
 
 
Anım mərasimində çıxış edən millət vəkili Aqil Abbas tədbirin əhəmiyyətindən söz açıb. Deputat o dövrdə Füzuli əhalisinin qəhrəmanlığından danışaraq onların düşmənə qarşı əliyalın döyüşdüyünü deyib.
 
“Biz erməni ilə döyüşmürdük. Erməni ilə döyüşəndə biz Mardakerti azad etdik, Yeddi Xırmana çıxdıq.  Cəbrayılın polis rəisi Rəşid Məmmədov 13 erməni kəndini boşaltmışdı. Ağdamda 17 yaşlı lənkəranlı uşaq evdən qaçıb gəlmişdi, qoşalülə ilə vuruşurdu. O şəhid olanda atası oğlunun Lənkəranda deyil, şəhid olduğu yerdə dəfn olunmasında israr etdi. Sonra onun atası da döyüşlərdə vuruşdu və o da qəhrəman oğlu kimi şəhid oldu. İnsanlar bu ürəklə savaşırdı”. 
 
O, çıxışı zamanı İkinci Qarabağ savaşında ən çox məhz Füzuli əhalisindən şəhid olduğu barədə də söz açıb.
 
 
“Müharibə başlayan gün cəbhə bölgəsinə getmişdim, Füzuli, Ağcabədi, Tərtərdə oldum, Füzulidə xəstəxanada yaralılarla görüşdüm. Azərbaycanın hər bölgəsinin insanı müharibədə vuruşub və şəhid verib. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirəm. Şükür Allaha ki, bayrağımız Şuşada dalğalanır və inşallah tezliklə Xocalıda, Əsgəranda və digər bölgələrimizdə dalğalanacaq”. 
 
Xatirə gecəsində çıxış edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev 1992-ci ilin o ağır günlərinin şahidlərindən biri olduğunu deyib.
 
“O zaman Quruçay cəmiyyətinin formalaşdığı dövr idi. 15 avqust hadisəsindən dərhal sonra Əlabbas Bağırov, Almaz Ülvi və mən olmaqla Azərbaycanın ona yaxın ziyalısı əraziyə hərəkət etdik. Füzulidə həmin vaxt vəziyyət çox ağır idi. Qaradağlı-Hadrut, Veysəlli-Xocavənd istiqamətlərində hər gün hücumlar edilirdi. Ölkə əhalisi və rəhbərliyi bütün bu baş verənlərə inanmırdı. Düşünürdük ki, Moskvadan kimsə gəlib bu problemi həll edəcək. Təəssüf ki, bu belə olmadı”.
 
Belə tədbirlərin mütəmadi keçirilməsinin vacibliyinə diqqət çəkən U. Mirzəyev 15 avqust faciəsində həlak olanların qəhrəmanlıqlarını cəmiyyətimizə daha çox çatdırmalı olduğunu vurğulayıb.
 
“Bu günə görə hər birimiz onlara borcluyuq. Hörmətli millət vəkili Aqil Abbas çox gözəl qeyd etdi ki, şəhidlərimiz və onların anaları bir-birinə bənzəyir. Tədbirdən öncə 1992-ci il 15 avqust hadisələrinə şahidlik edən qardaşlarımızla söhbətimiz oldu. Burada iştirak edən, 30 illik mübarizəmizdə rolu olan hər kəs o zaman şəhid ola bilərdi. Bu zəfərimiz olmasaydı biz də indi ayaq üstə gəzən bir şəhid idik.
 
O qanlı-qadalı günlərdə xarici jurnalistlərlə bəlkə yüz dəfə qarlı meşələrdə gəzdiyimiz kadrlar müxtəlif ölkələrdə yayımlanıb. İkinci Qarabağ savaşında iki ay ərzində Əl-Cəzirə telekanalı ilə birgə çəkilişlərdə olduq”.
 
O, həmçinin şəhid ailələrinə dəstək olan təşkilatlara və bugünkü tədbirin təşkilatçılarına minnətdarlığını da bildirib.
 
“Mən şəhid anaları qarşısında baş əyirəm, şəhadətimiz mübarək. Biz 30 ildə bu ağrı-acını daşıdıq, aramızda elə insanlar var ki, ürəyi şan-şandır. Amma şükürlər olsun ki, 44 günlük mübarizədə müzəffər ordumuzun, Ali Baş Komandanımızın rəhbərliyi ilə bu böyük zəfərə imza ata bildik. Torpaqlarımızın bir hissəsi də bizdən yeni mübarizə, fədakarlıq istəyir, bunun üçün səfərbər olmalıyıq. Bu gün informasiya məkanında, səngərlərdə daha böyük zəfərlərə hazır olmalıyıq”. 
 
Tədbirin təşkilatçısı qismində çıxış edən Azərbaycan şəhid ailələri və müharibə iştirakçıları İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik-leytenant Tahir Məmmədovun həmin dövrdə 22 yaşında bölük komandiri kimi iştirak etdiyi döyüşlərdən danışıb.
 
“Birinci Qarabağ müharibəsində Azərbaycan Ordusu təchizat çatışmazlığı problemi ilə üzləşmişdi. SSRİ-nin dörd respublikada yerləşən 366-cı diviziyası Azərbaycana hücum edəndə nizamlı ordumuz yox idi.  O, 10 gün öncə Zəngilanın Şəhidlər Xiyabanını ziyarət edərkən qarşılaşdığı erməni vandalizmindən də söz açıb.  
 
“Şəhidlərin məzarlarının sinə daşlarını deşib qranat atıblar ki, orda da rahat yata bilməsinlər. Həmin kadrları çəkərkən qəhər məni boğdu”.
 
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu isə çıxışı zamanı bildirib ki,  şəhidlərimizin qismən də olsa qisasını almaq bizə nəsib olub. 
 
“Hər birimiz Vətənin bütövlüyü uğrunda şəhid olmağa hazır olmalıyıq. Hələ müharibə bitməyib. Allah bizə bir olub torpaqlarımızı işğaldan tam azad etməyi, bütün şəhidlərimizin ruhunu şad etməyi nəsib etsin. Qazilərimizə təcili şəfa, müzəffər Ordumuza isə hər zaman qalib olmaq arzulayıram”.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı