Şabranın 9 kəndində qaz təchizatı dayandırılıb - ednews.net

27 Sentyabr, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Şabranın 9 kəndində qaz təchizatı dayandırılıb

Cəmiyyət A- A A+

Şabran rayonunda baş verən yanğına görə 9 kəndin qaz təchizatı dayandırılıb.

Bu barədə  Ednews-a “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, bu gün Şabran rayonunda yanğın səbəbindən fövqəlada vəziyyət elan olunub. Yanğın təhlükəsizliyi baxımından Xaçmaz Regional Qaz İstismarı İdarəsinin Şabran xidmət sahəsi ərazisində "Taxtalar" QPS-dən qidalanan Zeyvə , Kirvar kəndləri istiqamətində çəkilmiş 9 kəndi qidalandıran daşıyıcı qaz xəttində müvəqqəti olaraq qaz təchizatı dayandırılıb. Bu səbəbdən Dağ Bilici, Mumlu, Zöhramlı, Pirəbədil, Sumağa, Qazmalar, Qorağan , Zeyvə və Kirvar kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...