Göyçayda 3 nəfər dağlıq ərazidə dərəyə düşüb - ednews.net

5 Oktyabr, Çərşənbə

(+994 50) 229-39-11

Göyçayda 3 nəfər dağlıq ərazidə dərəyə düşüb

Cəmiyyət A- A A+

Göyçay rayonunda 3 nəfər dağlıq ərazidə itkin düşüb.

Ednews-un xəbərinə görə, bu gün axşam saatlarında Göyçay sakinləri, şəhərin Şimal istiqamətindəki dağlıq ərazidə itmiş qoyunlarını axtararkən dərəyə düşüblər.

Köməksiz vəziyyətdə qalan şəxslər FHN-in “112” qaynar xətt mərkəzinə məlumat veriblər.

Hadisə yerinə cəlb edilən xilasedicilər hazırda itkin düşən şəxslərin tapılaraq çıxarılması üçün əməliyyat tədbirləri həyata keçirir.

Əlavə məlumat veriləcək.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...