Sosial şəbəkədə cadugərliyi təbliğ edən şəxslər niyə cəzalandırılmır? DİN-dən AÇIQLAMA - FOTO

Cəmiyyət 20:00 18.08.2022
Sosial şəbəkələrdə falçı və baxıcılar açıq şəkildə özlərini reklam edərək insanları öz tələlərinə rahat şəkildə sala bilirlər. 
 
Əsasən "İnstagram" sosial şəbəkəsində “məskunlaşan” “göy-göz kosalar” demək olar ki, bu platformalarda at oynadırlar. Çox deyil elə 10 dəqiqə bu platformada səyahət bütün bağlı kartları insanın üzünə açır. Elə bu deyilənləri yoxlamaq üçün sosial şəbəkələrdə bir az araşdırma apardıq. Qarşımıza çıxan mənzərə isə heç də ürəkaçan olmadı.
 
Elə ilk olaraq özünü cadugər və cindar adlandıran Hacı adlı “İnstagram” istifadəçisi nəzərimizi cəlb etdi. Bu şəxs öz səhifəsində açıq şəkildə şeytani əməllərini təbliğ etməklə yanaşı “xidmətləri”nin qiymətlərini də elan edir. Onların arasında hətta qiyməti 5 min manat olan bir günə ölüm cadusu da var. “Günün qəhrəmanı”nın yazdığına görə, istənilən şəxs, bu məbləği verərək sevmədiyi insanı “öldürə” bilər.
 
 
Məsələ ilə bağlı Ednews-a danışan ilahiyyatçı-alim Tural İrfan bildirib ki, İslam dininə görə cadu da var, üstəlik onun böyük təsiri də var. 
 
“Hətta Peyğəmbərin özünə də cadu edildiyi qeyd olunur. Cadu haram və böyük günah sayılır. Sehr ilə məşğul olan insanların barəsində İslam hüququnda ən ağır cəza nəzərdə tutulur. Lakin dünyəvi dövlətlərdə bu başqa cürdür. Yəni, cadu ilə məşğul olan şəxsdən şikayət olunmadığı, kiməsə qarşı dələduzluq etmədiyi təqdirdə onun fəaliyyətinə mane olunmur”. 
 
İlahiyyatçı həmçinin qeyd edib ki, dində də bəzi ayinlər var ki, onları əksəriyyəti xurafat sayır.
 
“Məsələn, rukyə deyilən bir ayin var. Bu ayin vasitəsi ilə Quran ayələri oxumaqla ruhi cəhətdən sarsılmış, xəstələnmiş şəxslərə psixoloji dəstək, təskinlik, ruh yüksəkliyi bəxş etmək olur. Bundan başqa həm də onun bədənində olan mənfi enerjini çıxarmaq da mümkün olur. Bu prosesə  bəzən "cin çıxarma" deyilir və bu da bəzən xurafat kimi qarşılanır. Elmul - havas, Elmul cifr, Elmul rəml deyilən bəzi metodlar var ki, xəstələnmiş, tibbi cəhətdən çarəsi tapılmayan insanların dərdini müəyyən etmək üçün istifadə edilir. Ancaq bu elmlər tam başqadır və ölkəmizdə bunları mükəmməl bilənlər yoxdur. Bildiyini iddia edənlərin əksəriyyəti dələduzlardır. 
 
Bu elmlər ali riyaziyyat, həndəsə, astronomiya və kimya ilə əlaqəlidir. Əbcəd, cifr kimi metodlarla hesablanaraq müəyyən məsələlərdə qənaətə gəlmək üçün istifadə edilir. Məsələn, böyük filosof İbn Sina Qanun kitabında, böyük teoloq Muhyiddin əl Ərəbi öz əsərlərində bu elmlərdən bəhs edir, istifadə qaydaları haqda məlumat verir. Bu elmlərdən ancaq tibbi və digər ənənəvi vasitələr tükənmiş olduğu zaman istifadə etmək olar”. 
 
T. İrfan bildirib ki, cadu birbaşa şeytanla, şər qüvvələr ilə əlaqəyə girməklə, indiki dildə desək dünyada mövcud olan mənfi enerjiləri müəyyən istiqamətə yönəltməklə kiminsə həyatına təsir etməkdir. Onun sözlərinə görə, Quranda hətta bu işlərin yer üzündə həyata keçirən iki mələyin Harut və Marutdan da bəhs edilir. 
 
“Cadunun təsirindən xilas olmaq, onu pozmaq üçün İslam dinində müəyyən metodlar, qaydalar var. Cadu pozma qaydaları onu etmək qaydası ilə qarışıq salınmamalıdır. Bizim insanların çoxu bu kimi mövzular haqqında geniş məlumatları olmadıqlarından ucdantutma belə məsələlərin hamısına cadu deyirlər”.
 
Onun sözlərinə görə, cadugərlərin sosial şəbəkələrdə fəaliyyət göstərməsi ilə insanları şeytanın yoluna çəkir və çarəsi tükənən insanlara yalançı ümidlər verib aldadırlar. 
 
“Bəzi Avropa ölkələri kimi bunu öyrənmək üçün kurslar, tədris mərkəzləri yoxdur deyə o sahəni bildiyini iddia edənlər yalançıdırlar. Əgər cadu ilə həqiqətəndə söz verdikləri işləri edə bilirlərsə, o zaman ermənilərin dilini bağlasınlar, Zəngəzur dəhlizi tezliklə açılsın. Yaxud Azərbaycana düşmən olan qüvvələr ondan uzaqlaşsıb, məhv olsunlar. Belə çıxır ki, bunlar ancaq xırda işlələrlə məşğul ola bilirlər. Lakin bəzi məlumatlar var ki, cadu, tilsim, gözəgörünməz ilahi qüvvələrin gücündən istifadə edən bəzi dövlətlər var. Ancaq bu təsdiqini tapmamış məsələdir”.
 
İlahiyyatçı Elşad Miri isə həmkarının fikirləri ilə razı olmadığını bildirib. O, Ednews-a açıqlaması zamanı həmçinin qeyd edib ki, hazırda bu peşə ilə məşğul olanlar Məhəmməd peyğəmbərə (s) cadu edilməsini əsas gətirərək həm cadunun mövcudluğunu, həm də Peyğəmbərə (s) təsir edibsə görün başqalarına da asanlıqla necə təsir edəcəyi iddiasını ortaya atırlar. 
 
“Təəssüflər olsun ki, bu cür iddiaların səslənməsində günahkarlar biz müsəlmanlarıq, çünki Quranda bunun tam əksi olmasına baxmayaraq, əfsuslar olsun ki, hədis kitabları bu cür rəvayətlərlə boldur.  Həmin rəvayətləri araşdırdıqda isə bir sıra ziddiyətli məqamlar ortaya çıxır. Məsələn, Peyğəmbərə (s) cadunun Mədinədə hicrətin 7-ci ilində edildiyi deyilsə də, bilirik ki, Fələk və Nas surəsi artıq illər əvvəl Məkkədə nazil olub. Cadu olmadığı üçün, Peyğəmbərə (s) və başqa insanlara da olmayan bir şeyin edilməsi də mümkün deyil. Əgər sehr olsaydı, Peyğəmbərə (s) də cadu edilsəydi görəsən Peyğəmbər (s) ona istinad edilən sözdəki məsələyə niyə əməl etməyib? – “Hər gün səhər vaxtı yeddi ədəd acvə xurması yeyənə o gün zəhər və sehr zərər verməz”. 
 
E. Miri bildirib ki, uca Allah Quranda Məhəmməd peyğəmbərə (s) cadu edilməsini iddia edənlərin zalımlar olduğunu xəbər verir.
 
“Peyğəmbərə (s) cadu edilməsi anlayışı heç bir halda doğru deyil və Quranda bildirilən ayələrə də konkret olaraq ziddir”.  
 
Sosial şəbəkədə cadugərliyi təbliğ edən bu şəxslə bağlı Ednews-a açıqlama verən Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev məsələnin araşdırılacağını bildirib. 
 
Onun sözlərinə görə, bu cür hallar aşkar edildiyi zaman qanuna müvafiq tədbirlərin görülməsi təmin olunur. Bu zərərçəkmişlərin şikayətlərindən və dəyən ziyandan asılıdır. 
 
DİN sözçüsü hər bir halda bunun hüquqa zidd əməl kimi qanunla qadağan olunduğunu və cəza təhdidi yaratdığını qeyd edib.
 
Gülnar Səlimova

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Hamısı