Yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət olundu

Cəmiyyət 13:24 16.08.2022
Fövqəladə Hallar Nazirliyi (FHN) yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib. 
 
Nazirlikdən Ednews-a daxil olan müraciətdə deyilir: 
 
"Yay mövsümü kənd təsərrüfatı sahəsində fəaliyyətin daha da aktivləşməsi və insanların təbiət qoynunda istirahətə marağının artması ilə müşayiət olunur.
 
Lakin nəzərə alsaq ki, havanın hərarətinin yüksəlməsi yanğınların baş verməsi və sürətlə yayılması təhlükəsini artırır, daha diqqətli davranmaq tələb olunur. 
 
Bir sıra hallarda insanların ehtiyatsız və ya məsuliyyətsiz davranışı, o cümlədən biçilmiş taxıl sahələrinin bilərəkdən yandırılması, təsərrüfat fəaliyyəti və ya istirahət zamanı müvafiq yanğın təhlükəsizliyi qaydalarına əməl edilməməsi yanğınların baş verməsinə, nəticədə dövlət və ya xüsusi əmlaka, milli sərvətlərimizə, o cümlədən meşə və qoruqlarımıza ziyan dəyməsinə, habelə insanların həyat və sağlamlığının təhlükə ilə üzləşməsinə səbəb olur. 
 
Belə ki, avqustun 16-na olan məlumata əsasən, ölkə ərazisində son sutka ərzində ümumilikdə 109 yanğına çıxış hadisəsi qeydə alınıb, bunun da 47-si Şimal-qərb və Şimal regionunun payına düşüb. Təxminən 500 hektara yaxın ərazini əhatə edən bu yanğınlar arasında biçilmiş taxıl, quru ot, kol-kos sahələri və meşə massivləri üstünlük təşkil edir. 
 
Ötən gün Şabran rayonunun Xəlfələr kəndi ərazisində biçilmiş taxıl sahəsində başlayan yanğının havanın isti və küləkli olması səbəbindən qısa zamanda genişlənərək bir neçə fərdi ev və yardımçı tikiliyə zərər vurması da təhlükənin miqyasından xəbər verir. Qəbələ rayonunun Abrıx və Tikanlı kəndləri yaxınlığında dağlıq ərazidəki meşə sahəsində baş vermis yanğınlar isə ərazinin yüksək, havanın isə isti və küləkli olması səbəbindən yanğınsöndürmə işlərini çətinləşdirsə də, yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.
 
Hazırda yanğınlar nəzarət altına alınıb və soyutma işləri davam etdirilir. 
 
Xatırladaq ki, yanğınların söndürülməsində FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Mülki müdafiə qoşunlarının, Şimal və Şimal-qərb regional mərkəzlərinin canlı qüvvəsi və xüsusi texnikası, Aviasiya dəstəsinin 2 helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin və yerli icra strukturlarının əməkdaşları, eləcə də sakinlər iştirak edir. 
 
Fövqəladə Hallar Nazirliyi əhaliyə, xüsusilə də sahibkarlara və fərdi təsərrüfat sahiblərinə müraciət edərək, yanğın təhlükəsizliyi tələblərinə ciddi əməl edilməsinin, aidiyyəti dövlət qurumlarından yanğın təhlükəsizliyi ilə bağlı nəzarət tədbirlərinin gücləndirilməsinin vacibliyini bir daha diqqətə çatdırır". 
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Rusiya aeroportunda 40-dan çox aviareys gecikdirilib
12:08 05.07.2025
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
11:53 05.07.2025
Azərbaycana qarşı döyüşmüş separatçı Ermənistanda saxlanıldı
11:38 05.07.2025
Hamısı