Spirtli içki insan sağlamlığında ciddi problemlər yaradır - ednews.net

5 Oktyabr, Çərşənbə

(+994 50) 229-39-11

Spirtli içki insan sağlamlığında ciddi problemlər yaradır

Cəmiyyət A- A A+
Spirtli içkilərə aludəlik dünyada vaxtından əvvəl ölüm və əlilliyin mühüm risk faktorlarından biridir.
 
Ednews İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi İnstagram səhifəsinə istinadən xəbər verir ki, spirtli içki insan orqanizminə mənfi təsir edərək orqanların funksionallığını pozur. Nəticədə, sağlamlıqla bağlı ciddi problemlər yaranır.
 
Qəbul edilən alkoqolun həcmi ilə bəzi xərçəng növləri, qaraciyər və ürək-damar xəstəliklərinin əmələ gəlməsi riski arasında əlaqə var.
 
Alkoqolun qəbulu ürəyin işemik xəstəliyi, beyin-damar və qaraciyər problemlərini inkişaf etdirir. Bu səbəbdən yaranan qaraciyərin piylənməsi, hepatit və sirroz ən geniş yayılan xəstəliklərdəndir.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...