Sadiq Qurbanov - Küləkli hava şəraiti ilə əlaqədar yanğının qarşısını almaq çox çətinləşir - ednews.net

29 Sentyabr, Cümə axşamı

(+994 50) 229-39-11

Sadiq Qurbanov - Küləkli hava şəraiti ilə əlaqədar yanğının qarşısını almaq çox çətinləşir

Cəmiyyət A- A A+
Təəssüf olsun ki, Şabran rayonunda baş vermiş yanğının küləkli hava şəraiti ilə əlaqədar qarşısını almaq çox çətinləşir. Ednews xəbər verir ki, bunu millət vəkili Sadiq Qurbanov sosial səhifəsində yazıb. Millət vəkili qeyd edib ki, Zöhramı, Pirəbədil, Dağ Bilici Qorğan, Sumağı kəndlərində Fövqəladə Halları Nazirliyinin əməkdaşları davamlı olaraq xidmət aparırlar: "Helikopterlər və yanğınsöndürən təyyarə (Amfibiya) də yanğının qarşısını almaq üçün bütün tədbirləri həyata keçirir. Fövqəladə Halları Nazirliyinin məsul şəxsləri ilə əlaqədəyəm. Hazırda Siyəzən rayonunun Qalaaltı kəndinin yaxınlığında Şabran ərazisində baş vermiş yanğına əlavə olaraq FHN nın helikopterləri cəlb olunub. Tanrı özü kömək olsun!".


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...