BAMF Laçında törədilən ekoloji terrorla bağlı vətəndaş cəmiyyəti qurumları ilə birgə toplantı keçirib

Cəmiyyət 14:15 17.08.2022

Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisində Laçından çıxarılan ermənilərin evləri və meşələri yandıraraq, ekoloji terror aktı törətməsinin qarşısının alınması ilə bağlı vətəndaş cəmiyyəti və qeyri-hökümət təşkilatları nümayəndələrinin birgə müzakirə tədbiri keçirilib. Ednews xəbər verir ki, tədbirdə QHT rəhbərləri, media və vətəndaş cəmiyyəti nümayəndələri də iştirak edib. 

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev tədbiri giriş sözü ilə açaraq, ilk olaraq həm ekologiya, həm də insanlığa qarşı törədilən erməni vandalizmindən söz açıb. Daha sonra meşə yanğınları və minalarla bağlı Laçının Zabux və Sus kəndlərində erməni vəhşilini əyani şəkildə əks etdirən görüntülər nümayiş olunub. 

Umud Mirzəyev, həmçinin qeyd edib ki, baş verənlər 80-ci illərin sonunda ermənilər tərəfindən törədilən Topxana Meşəsi hadisələrinin tam təkrarıdır. 

“Bu gün gözünü belə qırpmadan o evləri, meşələri yandırıb onlara qəsd edən ermənilərin Qarabağa heç bir aidiyyəti yoxdur. Onlar vaxtilə Suriya və digər ölkələrdən Qarabağa köçürülən ermənilərdir ki, bu gün heç nə olmamış kimi 30 il qanunsuz yaşadıqları əraziləri viran qoyaraq tərk edirlər.  Bu hadisələr mənə 80-ci illərin sonunda ermənilərin törətdiyi Topxana Meşəsi hadisələrini xatırladır. 

Qarabağdakı torpaqlar bu gün yararsız vəziyyətə qalıb. Orada ekoloji terror izləri özünü göstərir. Yandırılan evlərin kimyəvi tərkibli dam örtükləri, çirkləndirilən çaylar, qırılan meşələr və ən əsası da son günlərdə basdırılan minalar bütünlükdə bu terrorun əyani sübutudur”. 

BAMF rəhbərinin sözlərinə görə, Qarabağdakı erməni vandalizmi qəsdən törədilən hadisədir:

“Ermənilər Qarabağın bərəkətli torpaqları və füsünkar təbiətini məhv etmək üçün əllərindən gələni ediblər. Görürsünüz ki,  bu gün orada bir dənə də olsun salamat bina qalmayıb. Normal insan öz yaşadığı məkana bu cür münasibət bəsləməz. Bu təkcə Azərbaycana qarşı törədilən terror deyil, bütün bəşəriyyətə olan erməni düşmənçiliyidir”. 

Umud Mirzəyev, həmçinin son günlərdə Laçın və digər boşaldılan ərazilərdə aşkar olunan PM minaları və partlayıcı tələlər barədə də söz açıb. 

“Təsəvvür edin, 1 metr ərazidə 10 ədəd mina basdırılıb. Bu insanlığa qarşı bir dəhşətdir. Fikir versəniz, həmin minaların tarixi də son illəri əks etdirir”. 

BAMF rəhbəri tədbirdə, həmçinin vətəndaş cəmiyyəti və media qurumlarını bu cür məsələyə diqqət və qayğı ilə yanaşmağa çağırıb:

“Bu gün bu tədbirdə toplaşmağımızın əsas səbəbi Zabux və Sus kəndlərindəki ekoloji terrorla bağlı olsa da, biz bütün Qrabağda mövcud olan yeraltı düşmənimizi də unutmamalıyıq. Təbii ki, bu bəşəriyyətin düşməni olan mina problemidir. Hesab edirəm ki,  gələcək görüşlərdə bu problemin beynəlxalq aləmə çatdırılması üçün QHT-lərlə birgə müraciət də hazırlamalıyıq”. 

Tədbirdə iştirak edən Avrasiya Miqrasiya Təşəbbüsləri Platformasının İB sədri Azər Allahverdiyev də baş verənlərlə bağlı öz fikrini bildirib. O, ilk öncə bu cür tədbirin keçirilməsində göstərdiyi təşəbbüsə görə BAMF prezidenti Umud Mirzəyevə təşəkkürünü bildirib. Azər Allahverdiyev, həmçinin Vətən müharibəsinə qədər Qarabağda yaşayan ermənilərin dəfələrlə bu cür hadislər törətdiyini vurğulayıb. 

“Xatırlayırsızsa, II Qarabağ müharibəsindən sonra ermənilərin Kəlbəcər və digər ərazilərimizdən çıxarılması üçün onlara humanist bir addım olaraq vaxt verdik. Həmin müddət ərzində erməni vandalizmi yenə də susmadı, əksinə tərk etdikləri əraziləri viran qoyaraq, orada gizlin minalar basdırmağa başladılar. Demək faktiki olaraq, bu erməni xalqının xislətini göstərir,  onlarda Azərbaycan, türk xalqına qarşı patoloji bir nifrət var və onlar bu nifrəti müxtəlif formada ifadə etməyə çalışırlar”.     

Tədbirdə, həmçinin digər QHT rəhbərləri də iştirak edib və baş verənlərin beynəlxalq məhkəməyə çatdırılması, habelə cinayətkarların tezliklə cazalandırılması üçün birgə təşəbbüslərin gücləndirilməsi barədə səylərin bir araya qoyulmasını qeyd ediblər. 

Elnur Ənvəroğlu

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Hamısı