“Selektiv abort qadına qarşı zorakılıqdır” Hicran Hüseynova

Cəmiyyət 10:00 18.08.2022

“Selektiv abort qadına və onun sağlamlığına, doğulmayan qız uşaqlarına qarşı zorakılıqdır. Eyni zamanda ailədaxili münasibətlərdə yaranan problemlərdən biri də uşaqların cinsi ayrı-seçkiliyə məruz qalmasıdır”.  

Bu sözləri Ednews - a açıqlamasında Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib. 

Azərbaycanın dünyaya gələn uşaqların selektiv abortuna ilk pillələrdə qərarlaşması ilə bağlı söz-söhbətlərə münasibət bildirən Hicran Hüseynova qeyd edib ki, hazırda doğulan uşaqların cinsi nisbətinin pozulması dünyanın bir sıra ölkələrində müşahidə edilir. 

“Məlumat üçün qeyd edim ki, hamiləliyin süni şəkildə pozulması inkişaf etmiş ölkələrdə il ərzisində 20 milyon, inkişaf etməkdə olan ölkələrdə  isə il ərzində 182 milyondur. Uşaqların cinsi nisbətinin pozulması əvvəllər o qədər də hiss olunmayan  problem  olmasına baxmayaraq, hazırda bu cəmiyyəti düşündürən məsələlər sırasında dayanır. Fikir verin, 1993 - ci ildə əhalinin 48.18 % - i kişi , 51.12 %  - i isə  qadın olub.  Son 29 ildə kişilərin sayı sürətlə artaraq əhali arasında cinsi nisbət demək olar ki, bərabərləşib. Belə ki, hazırda əhalinin 49.19% - i kişilər, 50.01 % i isı qadınlar təşkil edir”.  

Deputatın sözlərinə görə, ailədə əsasən kişinin, qaynananın və qaynatanın istəyinə görə, doğulan uşaqlar arasında cins nisbətinin pozulması demoqrafik prosesin, əhalinin cinsi strukturunun, cəmiyyətdə gender balansının pozulmasına gətirib çıxara bilər.  

“Hər bir insan onun cinsindən, etnik  və dini mənsubiyyətindən asılı olmayaraq yaşamaq hüququ vardır. Lakin çox təəssüflər olsun ki, bəzən məlumatsızlıqdan doğan fikirlər səbəbindən qızların yaşamaq hüququ doğulmamış əllərindən alınır”. 

Selektiv abortun aradan qaldırılması istiqamətində görülən tədbirlərdən danışan Hicran Hüseynova Azərbaycan hökumətinin digər sahələrdə olduğu kimi bu sahədə də milli qanunvericiliyə malik olduğunu, eləcə də Azərbaycanın Analığın Mühafizəsi haqqında konvensiyaya qoşulduğunu bildirib.

“Milli Məclis tərəfindən əhalinin sağlamlığı haqqında qanun qəbul olunub. Həmin sənəddə göstərilir ki, hər bir qadının analıq barəsində məsələsini təkbaşına həll etmək hüququ var. Bundan əlavə, cinayət məcəlləsində qanunsuz abort etmə ilə bağlı xüsusi məsuliyyət müəyyən edilib. Lakin bu selektiv aborta şamil edilməyib. Ölkədə bu problemin qarşısının alınması istiqamətində bir  sıra dövlət qurumları - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,  Gənclər və İdman Nazirliyi,  BMT-nin Əhali Fondu və bir sıra vətəndaş cəmiyyətləri ilə birlikdə müxtəlif layihələr həyata keçirilir”. 

Hicran Hüseynova Azərbaycan Prezidenti İlham Əliyevin də bu sahəyə xüsusi diqqət yetirdiyini də nəzərə çatdırıb. 

“Cənab Prezident tərəfindən bir çox dövlət proqramları imzalanıb. Bu proqramların əsas priotetləri hamiləliyin süni sürətdə pozulması, selektiv abortların qarşısının alınması istiqamətində ciddi tədbirlərin görülməsi, xüsusilə də maarrifləndirmə işlərinin aparılmasıdır. Bununla bərabər, Nazirlər Kabinetinin sərəncamı ilə uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbilər Planı təsdiq edilib. Tədbirlər planı əsasən gender bərabərliyinin və reprodaktiv sağlamlıq sahələrində qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar  təkliflərin hazırlanması nəzərdə tutulur”. 

Sonda H.Hüseynova ailə institutunun gücləndirilməsini vacib hesab edir. 

“Qadın və uşaq hüquqlarının və imkanlarının təmin edilməsi istiqamətində ciddi işlərin görülməsi davam etdirilir. Problemin aradan qaldırılması üçün maarifləndirmə tədbirlərinin geniş şəkildə aparılması və sahiyyə xidmətlərinin daha da inkişaf etdirilməsi önəmlidir”.\

Yunis Abdullayev

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Hamısı