Bir zamanların məhşur “Məhsul stadionu”nu satmaq istəyiblər. Hətta stadionun ərazisində yeni hündürmərtəbəli binanın tikilməsi üçün plan da hazırlanıb.
Buna görə Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri və digər vəzifəli şəxslər barəsində cinayət işi başlanıb.
Ednews Xəzər Xəbərə istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Məlumata görə, Assosiasiyasının sədri Nadir Əliyev və "Yasamal" idman-sağlamlıq klubunun direktoru Alik Həsənovun həmin klubun istifadəsində olan keçmiş "Məhsul stadionu" adlanan ərazinin satışı adı altında sahibkarlara məxsus pul vəsaitlərini ələ keçirmələri barədə daxil olmuş məlumat əsasında cinayət işi başlanıb.
İstintaq zamanı Alik Həsənovun həmin vəzifədə işləyərkən eyni üsul və məqsədlə direktoru olduğu stadionun ərazisini digər sahibkara 8 milyon manata sata biləcəyini bildirməsinə, bunun üçün aidiyyəti vəzifəli şəxslərə rüşvət verilməsi və müvafiq sənədləşdirmənin aparılması adı ilə sahibkara məxsus 360 min manat məbləğində pul vəsaitini təkrarən ələ keçirməsinə də əsaslı şübhələr müəyyən edilib. Toplanmış ilkin sübutlar əsasında Nadir Əliyev və Alik Həsənova Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham elan edilərək, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi istintaq davam etdirlir.