İsmayıllıda şəhərdaxili işləyən avtobuslar yoxa çıxıb - Səbəb nədir? - ednews.net

25 Sentyabr,

(+994 50) 229-39-11

İsmayıllıda şəhərdaxili işləyən avtobuslar yoxa çıxıb - Səbəb nədir?

Cəmiyyət A- A A+

Bir müddətdir ki, İsmayıllı rayonunda şəhərdaxili avtobusların fəaliyyətində ciddi problem yaranıb. Əksər avtobuslar yoxa çıxıb.

Nəticədə piyadalar istədikləri ünvanlara ya piyada gedir, ya da taksidən istifadə edirlər.

Ednews Xezerxeber.az-a istinadən xəbər verir ki, avtobusların işləməməsi sakinlərin narazılığına səbəb olub.

İsti havalarda ictimai nəqliyyatın yoxluğundan hər kəs əziyyət çəkir. Hər dəfə taksidən istifadə etmək isə sərfəli deyil.

Məsələ ilə bağlı avtobusların aid olduğu "As Finance" MMC-dən bildirilib ki, nəqliyyat vasitələri köhnə və istismara yararsız olduğundan xəttdən çıxarılaraq təmirə göndərilib.

 ''Hazırda şirkətin yalnız 1 avtobusu sərnişinlərə xidmət göstərir. Təmir bitdikdən sonra avtobuslar yenidən xəttə buraxılacaq və əvvəlki qrafiklə fəaliyyət göstərəcəklər'',- deyə məlumatda bildirilib.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...