Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mirzoev Elmar Elçhin oğlunun odlu silahdan açılan atəş nəticəsində aldığı güllə yarasından vəfat etməsi faktını təsdiq edirik.
Bu barədə Ednews-a Müdafiə Nazirliyindən bildirilib.
Faktla əlaqədar araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir!