"Şabran rayonu ərazisində baş verən meşə yanğını səbəbindən 9 kənddə qaz təchizatı dayandırılıb. Hazırda minə yaxın abonent qazsızdır".
Ednews xəbər verir ki, bunu “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev bu gün keçirilən “Açıq qapı” aksiyasında jurnalistlərə deyib.
O bildirib ki, yanğın hələ də davam etdiyi üçün Dağ Bilici, Mumlu, Zöhramlı, Pirəbədil, Sumağa, Qazmalar, Qorağan, Zeyvə və Kirvar kəndlərinin qaz təchizatı bərpa olunmayıb.
R.Əliyev qeyd edib ki, qaz təsərrüfatına böyük ziyan dəyməyib.
Qurum rəsmisi deyib ki, yanğın söndürüldükdən və qaz açılandan sonra dəymiş ziyanın həcmi barədə məlumat veriləcək.