Yevlaxda gənc xanım özünü Yuxarı Qarabağ kanalına atıb.
“Unikal”ın məlumatına görə, hadisə kanalın Aran qəsəbəsi yaxınlığından keçən hissəsində baş verib. 1999-cu il təvəllüdlü Əliyeva Ayişə Şəmsi qızı özünü kanala ataraq intihar edib.
Meyitin tapılması üçün əraziyə Şəmkir dalğıc axtarış qrupu əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
09:28
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Yevlax şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
FHN-dən Ednews-a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.