Peşə məktəblərinə qəbulun nəticələri açıqlandı - I MƏRHƏLƏ - ednews.net

5 Oktyabr, Çərşənbə

(+994 50) 229-39-11

Peşə məktəblərinə qəbulun nəticələri açıqlandı - I MƏRHƏLƏ

Cəmiyyət A- A A+

Avqustun 20-də peşə məktəblərinə tələbə qəbulunun I mərhələsinin nəticələri açıqlanıb.

Bu barədə Ednews-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, müsabiqədə iştirak edən şəxslərin mobil telefonlarına nəticə barədə SMS göndərilib. Peşə məktəblərinə qəbul olanlar müvafiq ixtisas və təhsil müəssisəsi barədə məlumatları portal.edu.az platformasındakı “şəxsi kabinet” bölümündən əldə edə bilərlər.

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsi çərçivəsində müsabiqədən keçən şəxslər avqustun 22-27-də (saat 17:00-dək) attestatın əsli, sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış, sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi, şəxsiyyət vəsiqəsinin surəti, 3x4 sm ölçüdə dörd ədəd fotoşəkil, hərbi bilet və ya çağırışçı şəhadətnaməsi və güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənədi qəbul olunduğu peşə məktəbinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Qəbulun I mərhələsində müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsili müəssisəsində qeyd edilən tarixlərdə qeydiyyatdan keçməməsi və ya sənədlərini tam təqdim etməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

2022/2023-cü tədris ili üzrə tələbə qəbulu 66 peşə məktəbində 127 ixtisas olmaqla 23 min 340 yer üzrə aparılıb. İlk mərhələdə www.portal.edu.az platforması vasitəsilə 22 min 16 nəfərdən 59 min 993 müraciət daxil olub.

Alınan nəticələr builki müraciətçi sayının ötən ilin analoji göstəriciləri ilə müqayisədə 48 faiz çox olduğunu göstərir.

Qeyd edək ki, peşə təhsili müəssisələrində boş qalmış plan yerlərinə tələbə qəbulunun II mərhələsinin avqustun 30–dan sentyabrın 5-dək keçirilməsi planlaşdırılır.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...