Müdafiə Nazirliyinin hərbi qulluqçuları Vüqar Süleymanov avqustun 20-də, Heydər Gülmalıyev isə avqustun 21-də işğaldan azad olunmuş Laçın rayonunun ərazisində minaya düşüb.
Ednews xəbər verir ki, bu barədə məlumatı Qubadlı rayon Hərbi Prokurorluğu yayıb.
Məlumatda bildirilir ki, 2 hərbçimizin Laçında minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı Qubadlı hərbi prokurorluğunda araşdırma aparılır.