Bakıda qadına məxsus bahalı avtomobil oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ednews-a verilən məlumata görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.
Bildirilir ki, avqustun 20-də bir qadına məxsus “Range Rover” markalı avtomobilin qaçırılması barədə nazirliyə məlumat daxil olub.
Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən E.Məmmədov saxlanılıb.